Qərb sivilizasiyasının dünya üzərində hökmranlığı artıq mövcud deyil.
Azpost.info xəbər verir ki, bunu Budapeştdə keçirilən “Avrasiya Forumu” beynəlxalq konfransında çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Asiya ölkələri müstəqil güc mərkəzlərinə çevrilib və Avropa onun yaşaması üçün yeni geosiyasi reallığa uyğunlaşmalıdır.
Orban qeyd edib ki, son onilliklərdə Qərb ölkələri öz inkişaf modelini dünyaya sırımağa çalışıblar və digər xalqların iqtisadi və maliyyə üstünlükləri müqabilində bununla razılaşacaqlarına inanıblar. Lakin artıq bu ideya iflasa uğrayıb.
Azpost.info