AZ

BMT rəsmisi: Təbiətə əsaslanan həllər çox əhəmiyyətlidir - FOTO

"Mən bu tədbirdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı Katibi Saymon Stilin adından iştirak edirəm".

APA xəbər verir ki, bunu Bakı da keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Qlobal Liderlərin Dəyirmi Masa tədbiri: Təbiətlə bağlı müsbət gələcəyə və Paris Sazişinin Məqsədlərinə nail olmaq üçün İqlim Fəaliyyətinin və Biomüxtəlifliyin Mühafizəsinin Uyğunlaşdırılması” movzusunda sessiya zamanı UNFCCC Katibliyində Əməliyyatların Koordinasiyası üzrə Baş Direktor Çaya Kapilaşrami deyib.

O bildirib ki, iqlim dəyişikliyi, getdikcə daha da sərtləşən hava hadisələri və biomüxtəlifliyin azalması bir-biri ilə sıx bağlıdır:

“Məsələn, okean temperaturunun yüksəlməsi mərcan riflərini məhv edir, eyni zamanda daha güclü və tez-tez baş verən fırtına və qasırğalara səbəb olur. Bizim cavabımız da eyni dərəcədə bir-birinə bağlı olmalıdır – həyatlar və dolanışıq vasitələrini xilas etmək üçün təbiətlə mübarizə aparmaq yox, onunla birlikdə işləmək lazımdır. Təbiətə əsaslanan həllər çox əhəmiyyətlidir. Məsələn, ekosistemlərin bərpası karbonun tutulmasında mühüm rol oynaya bilər, həmçinin vəhşi təbiətin inkişaf edə biləcəyi yeni yaşayış mühitləri yaradır. Meşələr icmalarımızı qoruya və ya sahil eroziyasından müdafiə rolunu oynaya bilər. Təbiətin bizə artıq təqdim etdiyi həllərdən ən yaxşı şəkildə istifadə etməliyik, xüsusilə də bu həllər yerli icmaların təbii mühitlər haqqında biliklərinə əsaslanaraq texnologiya vasitəsilə təkmilləşdirilə və optimallaşdırıla bilər”.

Mirvari Əzizova

BMT
Seçilən
12
apa.az

1Mənbələr