AZ

Yamaldan möhtəşəm jest: Bu əməkdaşlıq üçün bir qəpik belə almadı - VİDEO

"Barselona"nın və İspaniya millisinin hücumçusu Lamin Yamal ödənişsiz əsaslarla UNICEF-in səfiri olub.

Publika.az xəbər verir ki, Yamalın təşkilatla əməkdaşlığının noyabrın 20-də, Ümumdünya Uşaqların Müdafiəsi Günündə elan edilməsi simvolikdir. Bu münasibətlə "Barsa"nın ulduzu UNICEF ilə birlikdə kiçik qardaşı Keynin də rol aldığı video yayımlayıb.

17 yaşlı yeniyetmənin bu videoda qardaşına ünvanladığı mesajlar bunlardır:

“Bütün uşaqların onları qoruyan, xoşbəxt və sağlam böyümələrinə kömək edən xüsusi hüquqlara malik olduğunu bilirdinizmi? Bu hüquqlar Dünya Hüquqları Konvensiyası adlı sənəddə yazılıb. Oynamağın haqqınız olduğunu bilirsinizmi? Xoşbəxtlikdən uşaqlıqda çox oynaya bilmişəm və indi də bəxtim gətirib ki, oynamağa davam edə bilərəm.

Sənə bir sirr açım? Meydana çıxanda özümü o vaxtkı uşaq kimi hiss edirəm. İnsanlar məndən necə belə oynaya biləcəyimi soruşanda cavab verirəm ki, əsas odur ki, uduzmaqdan qorxma. Səhvim olsa, yenidən cəhd edirəm”.

“Bu, Lamin Yamal üçün fantastik nailiyyətdir! Belə gənc yaşda o, təkcə futbolda dalğalar yaratmır, həm də qlobal işlərə öz töhfəsini verir. Onun UNICEF səfiri kimi rolu onun meydandan kənarda dəyişməyə sadiqliyini göstərir”, - deyə gəncin bu addımı azarkeşlərdən biri tərəfindən müsbət qarşılanıb.

Heybət

Official: Lamine Yamal has become an ambassador of UNICEF, on an altruistic basis. pic.twitter.com/pPzXvKrI40

— Fabrizio Romano (@FabrizioRomano) November 20, 2024

Mənbə: publika.az

Seçilən
40
publika.az

1Mənbələr