AZ

Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

Fransa prokurorluğu “Asteriks və Obeliks Sezara qarşı” filmindəki musiqiçi "Kakofoniks" obrazı ilə tanınan aktyor Pyer Palmadanın yol qəzası törətdiyinə görə 5 il həbs istəyib.

Kulis.az xəbər verir ki, qəza ötən il fevralda baş verib. Aktyor idarəetməni itirərək digər avtomobilə çırpılıb. Hadisə nəticəsində 3 sərnişin, o cümlədən uşağını itirən hamilə qadın ağır xəsarət alıb.

Hadisə baş verən zaman Palmad narkotikin təsiri altında olub.

Həbs olunduqdan sonra insult keçirən aktyor müalicə olunub, sonra nəzarət altına alınıb. Məhkəmədən əvvəl Palmad zərərçəkmişlərdən əfv istəyib və narkotik, spirtli içkilərdən istifadəni dayandırdığını bildirib.

İttiham tərəfi 5 il həbs cəzası istəyib. Sərnişin uşağını itirdiyi üçün prokurorluq da qəsdən adam öldürmə ittihamını irəli sürüb, lakin məhkəmə bu iddianı rədd edib. Əgər qəbul olunsaydı, sənətçini 14 ilə qədər həbs gözləyirdi.

Seçilən
19
kulis.az

1Mənbələr