"Ukrayna ordusu bundan əvvəl Krım və Krım körpüsü, Xerson və Zaporojye vilayətlərində yerləşən Rusiya qoşunlarına zərbə endirmək üçün ATACMS raketlərinin qəlpəli fuqas və kaset başlıqlı sursatlarından istifadə edib".
Bunu Bakupost.az -a hərbi ekspert Ədalət Verdiyev Ukraynanın Rusiya ərazisinə son zərbələrini şərh edərkən deyib.
O, Britaniya və Fransanın birgə istehsalı olan "Storm Shadow"/SCALP raketləri ilə Sevastopol, Feodosiya, Berdyansk, Luqansk və digər şəhərlərə zərbə vurulduğunu da xatırladıb:
"Belqorod isə dəfələrlə ABŞ-nin HIMARS reaktiv yaylım atəşi sistemindən buraxılan raketlərin zərbəsinə məruz qalıb. Bu silah və sursatlar döyüş əməliyyatlar teatrında, xüsusilə də Kursk istiqmətində müəyyən müsbət nəticələrə səbəb olsa da, 1000 gündür davam edən müharibənin gedişatını əsaslı şəkildə dəyişə bilməyib".
Sevinc, BakuPost