Noyabrın 21-də Bakıda BMT-nin İqlim Konfransı (COP29) məkanda iqlim fəalları çoxsaylı aksiyalar keçirib.
Aksiyaların əsas mövzuları nüvə silahlarının sınağının dayandırılması, heyvanların nəslinin kəsilməsi, çayların və su hövzələrinin qorunması, ekologiyanın çirkləndilrilməsi olub.
Etirazçılar “İqlimi məhv etməyin!”, “Nüvə sınaqlarını dayandırın!”, “Ədalətli iqlim ambisiyası!”, “Heyvanların nəslini kəsməyin!”, “Çayların məhv edilməsinə imkan verməyin!”, “Çirkləndiricilər ödəniş edin!” və başqa çoxsaylı şüarlar qaldırılıb.