AZ

Fransa siyasi ədalət hissini itirən bir ölkədir- ÖZƏL

"Fransanın beynəlxalq hüquqa və ədalətsizliyə qarşı tutduğu mənasız dırnaqarası mövqe Azərbaycan və Türkiyə ilə münasibətlərinin zədələnməsinə səbəb olubdur. Fransa siyasi ədalət hissini itirən bir ölkədir. Fransadan çox şey gözləyə bilmərik. Nəzərə alaq ki, Fransa 20-ci əsr boyunca Əl-Cəzairdə və Afrikada bir sıra qırğınlar törədib və o qırğınlara görə indiyə qədər beynəlxalq hüquq qarşısında cavab verməyib". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bugünkü gün də Fransa özünün idbar müstəmləkəçilik siyasətini dünyanın fərqli-fərqli coğrafiyalarında davam etdirir. Bu da bir daha Fransanın hansısa formada dünyada insan haqlarından və yaxud siyasətdən danışmağa haqqı olmadığını nümayiş etdirir. Bütün bunlara rəğmən Fransa öz gözündəki tiri görməyərək erməni separatçılarını daim dastəkləyib. Bu gün də Ermənistanın işğalçı zehniyyətinə öz dəstəyini nümayiş etdirir. İndi belə bir aqressiv və işğalçı dövlət utanmadan Azərbaycana qarşı hansısa ittihamlar səsləndirir. Azərbaycan XİN-ə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayona da ölkəmizin haqlı narazılığı bir daha mesaj kimi çatdırılıbdır. Fransa tamamilə açıq formada Azərbaycanla düşmənçilik siyasəti həyata keçirir. Fransa siyasi sistemi erməni lobbisinin əlində oyuncağa çevrilibdir. Vaxtilə müxtəlif bəhanələrlə Fransaya sığınıb, Fransa vətəndaşlığı alan erməni əsilli adamlar bu gün Fransa ictimai siyasi sistemini barmaqlarına dolayıblar. Bu da nəticədə Fransanın yanlış siyasi addımlarına səbəb olur. Özəlliklə, Emmanuel Makron dövründı Fransanın xarici siyasəti əbləhcəsinə, tamamilə qəbuledilməz bir sima alıbdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
50
olaylar.az

10Mənbələr