“Liverpul” Lion “Olimpik”inin çətin durumundan faydalanmağa çalışır. Fransa klubunun maliyyə problemlərindən qurtulmaq üçün bəzi ulduzlarını satmağa məcbur olması İngiltərə təmsilçisinin işinə yarayıb.
Futbolinfo.az xəbər verir ki, lionlular qış fasiləsində əsas ulduzlarını satmağa məcburdur. Onların başında Rayan Şerki gəlir. “Liverpul” Əlcəzair əsilli yarımmüdafiəçiyə elçi düşüb. 21 yaşlı oyunçu üçün 30 milyon avro təklif olunur. Lionlular ilyarım müqaviləsi qalan yetirməsi üçün daha çox pul istəyir. Lakin indi bazarlıq etmək üçün imkan yoxdur.
“Bayer” də Şerkini transfer etmək istəyir. Amma leverkuzenlilərin “Liverpul” qədər pul xərcləmək niyyəti yoxdur.