ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi qəza statistikasını təhlil edərək belə nəticəyə gəlib ki, ölkədə ən çox ölümlə nəticələnən qəzalar Tesla elektrik avtomobillərinin iştirakı ilə olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Motor.ru” portalı məlumat yayıb.
Tədqiqat nümunəsinə 2017-2022-ci illər arasında sürücü və ya sərnişinlərin ölümü ilə nəticələnən qəzalar daxildir. ABŞ-da orta hesabla belə qəzanın baş vermə ehtimalı 1 milyard kilometrə 2,8 dəfə, “Tesla” avtomobilləri ilə isə 5,6 dəfə düşüb. Bu da orta göstəricidən 2 dəfə çoxdur. İkinci yerdə 1 milyard kilometrə 5,5 dəfə Koreya brendi “Kia”, üçüncü yerdə isə 4,8 göstərici ilə “Buick” qərarlaşıb.
Xüsusi modellər arasında qəzalarda ən çox ölüm halları “Hyundai Venue”, “Chevrolet Corvette”, “Mitsubishi Mirage”, “Porsche 911”, “Honda CR-V Hybrid”, “Tesla Model Y”, “Mitsubishi Mirage G4”, “Buick Encore GX”, “Kia Forte”, “Buick Envisio”n avtomobillərində qeydə alınıb.
QAZİLER.AZ