AZ

Fəal təcridxanada özünə xəsarət yetirib

Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan fəal Nicat İbrahim əsassız cinayət təqibinə etiraz olaraq noyabrın 20-də özünə çoxsaylı xəsarət yetirib. Bu barədə Turan-a onun xanımı Pərvin İbrahim bildirib. Onun sözlərinə görə, noyabrın 21-də həyat yoldaşı zəng edərək deyib ki, ötən gün güzgü parçası ilə özünə xəsarət yetirib. O, boğazını və qulaqlarını kəsib.

"Nicata tikiş qoyublar, amma çox qan itirib və vəziyyəti ağırdır. Nicat dedi ki, qanunsuz həbsə dözə bilmir. Saxlanıldıqdan sonra bir dəfə polis bölməsində özünü kəsib", - o deyib.

Penitensiar Xidmət Turanın sorğusuna cavabında bildirib ki, Nicat İbrahimin tələbləri Penitensiar Xidmətə aid deyil. “Onun özünə xəsarət yetirməsi məsləsinə gəlincə, bu barədə aidiyyatı üzrə məlumat göndərilir və araşdırılır”, Penitensiar Xidmətin cavabında deyilir.

*Sentyabrın 9-da Nicat İbrahim qəsdən sağlamlığa ağır ziyan vurmaqda ittiham olunaraq saxlanılıb.

Sentyabrın 6-da sərhədçilər Daxili İşlər Nazirliyinin qadağasını əsas gətirərək onu Bakı hava limanında ölkədən buraxmayıblar. Eyni zamanda, xanımını və 2 azyaşlı uşağını təyyarəyə buraxıblar.

Bundan sonra o, qanunsuz qadağanın ləğvi tələbilə Daxili İşlər Nazirliyinə müraciət edib və Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandırmaqla hədələyib.

9 sentyabrda onu saxlayıblar və ittiham irəli sürüblər. Oktyabrın 5-də etiraz aclığına başlayıb və  iki həftə davam etdirib.

** Nicat İbrahim 2021-ci ildə bir dəfə həbs edilib və karantin rejimini pozmaqda ittiham olunaraq 15 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsinə Prezident Administrasiyası qarşısında təkbaşına  piket keçirməsi səbəb olub.

Seçilən
2
turan.az

1Mənbələr