AZ

Birləşmiş Millətlər Təşkilatının baş katibi COP 29 çərçivəsində vəsait ayrılması barədə razılaşmanın olmadığını təsdiqləyib

Bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş təsdiqləyib ki, Bakıda COP29 iqlim konfransında iştirak edən ölkələr gələn il üçün iqlim dəyişikliyilə mübarizəyə vəsait ayrılması barədə razılığa gəlməyiblər.

"Mən danışıqların iştirakçısı deyiləm, amma Birləşmiş Millətlər Təşkilatının baş katibi kimi ölkələri razılığa gəlməyə və vaxt itirməməyə çağırıram. Dediyim kimi, vaxt gedir ", - o, Bakıda keçirilən mətbuat konfransında bildirib.

O, vəsaitin ayrılması barədə qərarın qəbuluna kimin və hansı səbəbdən  mane olması ilə bağlı jurnalistlərin suallarına cavab verməyib.

Xatırladaq ki, daha öncə 1 trilyon məbləğdən söhbət gedirdi ki, bunu da iştirakçı ölkələr ayırmalıydı. Bu və ya digər ölkənin payı hər dövlətin sənayesinin istehsal etdiyi karbon qazının həcmindən asılıdır.

Seçilən
17
turan.az

1Mənbələr