AZ

Alimlər vaxtı ölçmək üçün yeni üsul tapıblar

Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər.

News24.az "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, mütəxəssislər mücərrəd zaman anlayışını real fiziki hadisələrlə əlaqələndirməyi qarşılarına məqsəd qoyublar.

Bu məqsədlə onlar sadə həndəsi fiqurların təhlili əsasında "yerli vaxt" anlayışını təqdim etmək üçün riyazi üsullardan istifadə ediblər. Bu yanaşma, əldə edilən nəticələri insanın gündəlik həyatda adi vaxt qavrayışı ilə əlaqələndirməyə imkan verdi.

Bunun sayəsində hadisələrin ardıcıllığını əks etdirəcək "yerli vaxt" anlayışını tətbiq etmək mümkündür. Bu, hadisələrin xüsusiyyətlərini təsvir etməyə və nəzəri olaraq onların inkişafını proqnozlaşdırmağa kömək edəcək./BAKU.WS 


Seçilən
5
news24.az

1Mənbələr