AZ

Böyük Britaniya ukraynalı iş adamına sanksiyalar tətbiq edib

Böyük Britaniya ukraynalı iş adamı Dmitri Firtaşa və onun həyat yoldaşına qarşı korrupsiya ilə bağlı sanksiyalar tətbiq edib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

“Firtaş ciddi korrupsiya ilə məşğuldur və bununla bağlı məsuliyyət daşıyır. Xüsusən də Fırtaş dağ-mədən lisenziyası almaq üçün dövlət məmurlarına rüşvət verməklə məşğul olub”, - deyə məlumatda bildirilib.

Ukraynalı iş adamı hətta öz ölkəsində də sanksiyalar altındadır. Prezident Volodimir Zelenskinin fərmanı ilə Fırtaşa 10 il müddətinə 11 növ sanksiya tətbiq edilib ki, bunlara aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması, Ukrayna ərazisində uçuş və daşımaların qadağan edilməsi, habelə kapitalın ölkədən kənara çıxarılması daxildir.

QAZİLER.AZ

Seçilən
6
qaziler.az

1Mənbələr