AZ

İsraili qəzəbləndirən gəlişmə: “Dayanmayacağıq”

İsrail hökumətinin üzvləri Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi verməsindən sonra Beynəlxalq Cinayətlər Məhkəməsini antisemitizmdə ittiham edərək, onu sərt şəkildə qınayıblar.

Teleqraf.com xəbər verir ki, ölkənin milli təhlükəsizlik naziri İtamar Ben Qvir məhkəmənin özünü antisemit olduğunu sübut etdiyini deyib.

“Həbs orderlərinin cavabı bütün Yəhudeya və Samariya əraziləri üzərində suverenliyin tətbiqi və ölkənin hər yerində məskunlaşma və sanksiyalarla yanaşı, terrorçu (Fələstin) hakimiyyətlə əlaqələri kəsməkdir”, - nazir vurğulayıb.

Nəqliyyat naziri Miri Reqev X hesabında yazıb: “Bu, ədalət libasındakı müasir antisemitizmdir”.

Reqev orderləri “hüquqi absurdluq” adlandırıb:

“İsrail öz vətəndaşlarını qoruduğu üçün üzr istəməyəcək. Bu, cinayət deyil, bu, bizim milli və mənəvi borcumuzdur”.

Milli müqavimət naziri Yitzak Vasserlof orderləri bütün İsrail vətəndaşlarına qarşı antisemit ittihamlar kimi xarakterizə edərək söyləyib ki, bu, Yerusəlimin qarşısını almayacaq və öldürücü terrorizmlə mübarizə davam etdiriləcək.

Baş nazirin müavini Avi Maoz məhkəmənin qərarını “ən pis növ ikiüzlülük” adlandırıb.

“Sadəcə antisemitizm, həminki antisemitizmdir”, - deyən mənzil məsələləri naziri Yitzak Qoldknop yəhudilərin xalqlar arasında sayılmayan, tək yaşayan bir xalq olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
39
teleqraf.com

1Mənbələr