AZ

İmişlidə təbiətə qənim kəsilən generalın əmisi oğludur? "Qırmızı kitab"a düşən ağacları kim qırdırır?

İmişli rayon Bəcirəvan və Ağcüyür kənd bələdiyyəsinin ərazisində yerləşən yaşıllıqlar kütləvi şəkildə məhv edilir. Xüsusilə də adı qorunan bitki növləri siyahısında olan "Qırmızı kitab"a düşmüş Yulğun ağacları kütləvi şəkildə qırlır.

Hurriyyet.az xəbər verir ki, ötən həftə yerli sakinlər 1996-cı ildən onlara dövlət tərəfindən ayrılan otlaq sahələrində yaşıllıqların qıırılaraq məhv edilməsinə etiraz ediblər. Rayonun Bəcirəvan kənd sakinləri onlara məxsus otlaq sahələrinin, örüş yerlərinin kimlərəsə Bəcirəvan və Ağcüyür kənd bələdiyyəsinin sədri Məmi Atakişiyev təəfindən rəsmi qaydada ayrıldığını iddia ediblər.

Sakinlər iddia edirlər ki, ərazidə 10 hektara yaxın Yulğun ağacları məhv edilib. Bələdiyyə sədrinin qorunan bitki növlərinin olduğu ərazini karyer adı ilə hansısa iş adamlarına peşkəş etdiyi iddia edilir.

Baş verənlərlə bağlı hələlik İmişli Rayon İcra Hakimiyyətindən hər hansı bir açıqlama verilməyib. Kənd sakinləri bildirir ki, Azərbaycanın Ətraf Mühit, Ekologiya ilə bağlı tarixi bir beynəlxalq tədbirə ev sahibliyi etdiyi dövrdə İmişlidə ekoloji terror törədilir.

Etiraz edən sakinlər Dövlət Başçısına müraciət edərək ondan kömək istəyiblər.

Sakinlər iddia edirlər ki, yaşıllıqları məhv edən şəxs Rasim Babayevdir. O, bir müddət əvvəl korpus komandiri vəzifəsindən azad edilən General-mayor Münasib Babayevin əmisi oğludur. Mətbuatda Müdafiə Nazirliyində 143 milyon manatlıq yeyinti ilə bağlı Ağır Cinayətlər Məhkəməsində keçirilən prossesdə onun da adı çəkilib. Münasib Babayevin ünvanına ağır ittihamlar yer alıb.

Eyni zamanda rəsmi məlumatlarla görə bir müddət əvvəl İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev həbs edilib.

Elvin Babayevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Qeyd edək ki, Elvin Babayev Azərbaycan Ordusunun general-mayoru Münasib Babayevin qardaşı oğludur(“Unikal”).

Hazırda İmişli rayon Bəcirəvan kəndində fəaliyyət göstərən qum karyerinin fəaliyyətinin dayandırılması ilə bağlı heç bir açıqlama almaq mümkün deyil.

Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. (Gundeminfo.az)

Seçilən
7
hurriyyet.az

1Mənbələr