AZ

Zinçenko Artetanın rəqib məşqçilərə qarşı necə hiyləgərlik etdiyini açıqladı

London "Arsenal"ının ukraynalı müdafiəçisi Aleksandr Zinçenko oyunlardan öncə komandanın baş məşqçisi Mikel Artetanın həmkarlarına qarşı necə hiyləgərliklər etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Artetanın zədəli oyunçulara komandanın avtobusu ilə stadiona gəlməyi və əşyaları ilə birlikdə paltardəyişmə otağına girməyi tapşırdığına şahidlik etmişəm. Bu yolla o, rəqib məşqçilərin fikrini yayındırır. Arteta həmişə rəqiblərin beynini müxtəlif şəkildə qarışdırmağı sevir".

Xatırladaq ki, Zinçenko 2022-ci ildə "Mançester Siti"ni "Arsenal"a dəyişib.

Nihat 
 

Seçilən
20
fanat.az

1Mənbələr