İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Hizbullahın obyektlərinin olduğu Livan paytaxtının cənubuna hücumlar edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, hücumlar 3 əraziyə həyata keçirilib.
Bundan əvvəl İsrail pilotsuz təyyarəsi Bir-Abed ətrafındakı binalardan birinə raket zərbəsi endirib.