AZ

"Kartdan-karta" üsulu ilə işləyən daha bir neçə sahibkara maliyyə sanksiyası tətbiq edilib

Bakı. Trend:

Bakı şəhərinin Yasamal və Suraxanı rayonları ərazisində yerləşənbəzi ticarət və iaşə obyektlərində nağd pul hesablaşmalarıqaydalarının pozulması, POS-terminal quraşdırılması məcburi olanobyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsızödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, sahibkarlar tərəfindən istehlakçılaraPOS-terminal təqdim etmədən kartdan-karta köçürmələrin təklifedildiyi, həmçinin POS-terminalların qeydiyyatda olduğu ünvan üzrəistifadə edilmədiyi aşkarlanıb. Bildirilib ki, həmin sahibkarlıqsubyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyəsanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

“Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassaaparatının çeki də təqdim edilməlidir. “İstehlakçılarınhüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraqPOS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında”Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanınınyaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, -məlumatda qeyd olunub.

Seçilən
2
az.trend.az

1Mənbələr