"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim klub rəhbərliyi ilə görüşdə hansı mövqeyə transfer etməyin daha vacib olduğunu deyib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə Amorimin komandaya yeni sol cinah müdafiəçisi alınmasının ən önəmli məsələ olduğunu söylədiyini və rəhbərliyin hazırda bu ampluada çıxış edən 3-dən çox namizədi nəzərdə keçirdiyini vurğulayıb.
Xatırladaq ki, 11 oyuna 15 xal toplayan MY hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə mövqe tutub.
Nihat