AZ

Heydər Əliyev Fondu və Sıfır Atık Fondu: Təmiz ətraf mühit naminə...

Heydər Əliyev Fondu və Sıfır Atık Fondu COP29 Yaşıl Zonasında davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirir. Bu əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Türkiyənin Birinci xanımı Əminə xanım Ərdoğanın ətraf mühit və sosial inkişaf mövzusundakı təcrübələrinə əsaslanır.

Heydər Əliyev Fondu, ekoloji təşəbbüsləri ilə yanaşı, Azərbaycanın mədəni irsinin qorunmasına, eləcə də təhsil və sosial məsuliyyət layihələrinə dair səylərini vurğulayacaqdır. Hər iki fond, cəmiyyətlərinin mədəni dəyərlərinə və təhsil səviyyəsinə töhfə verərkən, davamlı həllər yaratmağı hədəfləyir.

Sıfır Atık Fondu bu platformada resurs səmərəliliyi, tullantıların idarə edilməsi və təkrar emal sahəsindəki qabaqcıl layihələrini nümayiş etdirilir. Türkiyənin sıfır tullantı yanaşmasını beynəlxalq arenada təbliğ etmək və ətraf mühitin qorunması üzrə maarifləndirməni artırmaq məqsədilə Fond öz tədris proqramlarını və innovativ həllərini təqdim edir.

Pavilyonda Heydər Əliyev Fondu gənc nəslin maarifləndirilməsinə yönəlmiş layihələr və təşəbbüslər vasitəsilə sosial inkişaf öhdəliyini nümayiş etdirir.

Sıfır Atık Fondu isə su səmərəliliyi və sıfır tullantı təcrübələrinə fokuslanaraq ətraf mühitin qorunması üzrə təşəbbüsləri vurğulanır.

Bu əməkdaşlıq hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində liderliyini önə çəkir.

Pavilyon davamlı inkişaf hədəflərinə töhfə verən layihələri vurğulamaqla yanaşı, hər iki ölkənin sosial və mədəni sahələrə baxışını təqdim edir. Bu əməkdaşlıq sayəsində Azərbaycan və Türkiyə qlobal arenada ilhamverici rol oynayır.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
4
ikisahil.az

1Mənbələr