AZ

Məşqçi ilk məşqdən sonra klubdan kənarlaşdırılıb - SƏBƏB

İtaliyanın dördüncü divizionunda çıxış edən “Pyaçentsa”da maraqlı hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, klub yeni baş məşqçisi Simone Bentivolo ilə ilk məşqdən sonra vidalaşıb.

Buna onun futbolçu kimi “Venetsiya” və “Modena” kimi klubların şərəfini qoruduğu zaman danışılmış oyunlarda iştirakı səbəb olub. Bentivolo həmin zaman 13 ay müddətində diskvalifikasiya da edilib. Bu fakt isə “Pyaçentsa” azarkeşlərini narahat edib və onlar çalışdırıcıya elə ilk məşqdə etirazlar ediblər.

Klub buna dərhal cavab verib. Onlar Bentivoqlionu işdən azad etdiklərini bildiriblər. Onun yerinə isə mövsümün əvvəlində komandadan qovulan Stefano Rossini gətirilib.

Qeyd edək ki, A seriyasında da oynamış “Pyaçentsa” dördüncü divizionda 14 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə:
Seçilən
4
idman.biz

1Mənbələr