AZ

Rene Maqritin məhşur əsəri 121 milyon dollara satıldı


Rene Maqritin “qorxunc işıqlı” küçə mənzərəsini əks etdirən rəsm əsəri çərşənbə axşamı Nyu-Yorkda “Christie's” hərrac evində 121 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, bununla da əsər 95 milyon dollarlıq ilkin proqnozu üstələyərək, sürrealist rəssamın əsərləri arasında hərrac rekordu vurub.
Rəssam tərəfindən 1954-cü ildə çəkilən və hər biri “İşıq İmperiyası” adlanan 27 əsərdən ibarət silsilənin bir hissəsi olan bu əsər 20-ci əsr sənət tarixçiləri arasında yaxşı tanınır.
Hərrac evi bu sənət əsərini onun keçmiş sahibi, mərhum amerikalı interyer dizayneri Mika Ertequnun kolleksiyasının incisi adlandırıb.
Rəsmdə giriş qapısının qarşısında tək küçə lampası olan bir ev təsvir edilir. Fənərin alovu bütün kətanı, o cümlədən ön plandakı demək olar ki, qara rəngdə olan ağacları işıqlandırır. Həmçinin, bu mənzərə evin qarşısındakı su gölməçəsində də əks olunur. Küçə mənzərəsinin yuxarı hissəsində ağ buludlarla bəzədilmiş açıq mavi səma kətanın ən yuxarı hissəsinə qədər uzanır.
Seçilən
1
yeniavaz.com

1Mənbələr