İsrailin 412 gündür intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 44 min 56-ya yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bölgədə soyqırım fəaliyyətləri həyata keçirən İsrail ordusu dinc əhalinin üzərinə bomba yağdırır.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 5 hücumda 71 fələstinlinin həyatını itirdiyi, 176 fələstinlinin isə yaralandığı bildirilib.
Ümumi can itkisinin 44 min 56-ya, yaralı sayının isə 104 min 268-ə yüksəldiyi bildirilib.
Qeyd edək ki, Fələstin-İsrail müharibəsi 7 oktyabr 2023-cü ildən bu yana davam edir.
Oksana