AZXEBER.COM xəbər verir ki, bu barədə Britaniya Quşların Mühafizəsi Cəmiyyəti və Leydendəki \"Naturalis” Biomüxtəliflik Mərkəzinin alimlərinin IBIS ornitoloji jurnalında dərc olunmuş məqaləsində deyilir.
Bildirilir ki, cüllütün bu növü son dəfə 1995-ci ilin fevralında Mərakeşdə görünüb. Bir neçə onilliklər ərzində quş yuva qurduğu və çoxaldığı bölgələrdə axtarılıb, lakin bütün axtarışlar uğursuz olub. Buna görə də alimlər bu növün nəslinin tükənməsi ehtimalının 99,6% olduğu qənaətinə gəliblər.
Tədqiqatçılar bu quşun nəslinin kəsilməsini ilk növbədə insan fəaliyyəti, o cümlədən yaşayış yerlərinin məhv edilməsi və ovlanmaları ilə əlaqələndirirlər.
Dünyada sonuncu dəfə 29 il əvvəl görünsə də, iddialara görə, kiçik əyridimdik 2000-ci illərdə Azərbaycanda iki dəfə görünüb. 2001-ci ilin mart ayında Kürün deltasında 4 fərdinə, 18 aprel 2006-cı ildə isə Ağzıbir gölü ilə Xəzər dənizi arasında 3 fərdinə təsadüf edilib.
Aysel