AZ

İşsizlik rayonlarda ən aktual problemdir - Deputat

Rayonlarda ən aktual problemlərdən biri işsizlikdir. Bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib. 
 
"Rayonlarda qəbullarda olduğumuz zaman ən çox işsizlik problemi qabardılır. Nəzərə alsaq dövlət müəsisəsləri rayonlarda azdır, insanların işsizlik problemi daha da aktuallaşır. Bunun bir çıxış yolu olmalıdır. Əmək bazarının tənzimlənməsi üçün rayonların sfesifikasını nəzərə alıb iş yerlərinin açılmasına ehtiyac var", - deputat Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı bildirib. 
 
Deputat həmçinin vurğulayıb ki, pay torpaqlarının səmərəli istifadəsində də müəyyən problemlər var. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
8
anews.az

1Mənbələr