AZ

Regionlarda peşə təhsili müəsisələri standartlara cavab vermir

Regionlarda mövcud olan peşə təhsil məktəbləri müasir tələblərə cavab vermir. Bunu Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
 
"Peşə təhsili ilə bağlı problemlər var. Belə ki, mövcud olan peşə təhsili müəssisələri müasir tələblərə cavab vermir. Burada kefiyyət məsələsi də əsas göstərici olmalıdır. Peşə təhsilində özəl sektorun payı çox olmalıdır. Türkiyədə bu təhsillə bağlı kifayət qədər təcrübə var. Hesab edirəm ki, xarici ölkələrin peşə təhsili ilə bağlı təcrübələrindən istifadə etməliyik", - deputat Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı bildirib. 
 
Hazırda Azərbaycanda yalnız bir özəl peşə məktəbi fəaliyyət göstərir. 
 
Növbəti il üçün peşə təhsilinə 82,1 milyon manat vəsait ayrılması gözlənilir. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Seçilən
29
anews.az

1Mənbələr