AZ

Almaniya 2025-ci ildən biomüxtəliflik məsələlərinə illik 1,1 milyard avro ayırmağa başlayacaq

Bakı. Trend:

Almaniya 2025-ci ildən biomüxtəliflik məsələlərinə illik 1,1milyard avro ayırmağa başlayacaq. Bu, ölkənin iqlim öhdəlikləriçərçivəsində həyata keçiriləcək.

Trend xəbər verir ki, bunuAlmaniyanın ətraf mühit, təbiətin mühafizəsi, nüvə təhlükəsizliyivə istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal nazir ŞteffiLemke "Təbiətə uyğun gələcək və Paris Sazişi məqsədlərinə nailolmaq üçün iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyinqorunması üzrə tədbirlərin uyğunlaşdırılması" mövzusunda dünyaliderlərinin dəyirmi masa müzakirəsində bildirib.

"Artıq 2023-cü ildə bu məbləğ 1,36 milyard avro təşkil edib ki,bu da seçdiyimiz kursun düzgünlüyünü təsdiq edir. Yüksək effektiviqlim tədbirləri üzrə tərəfdaşlıq çərçivəsində biz AvropaYenidənqurma və İnkişaf Bankı ilə birgə təbiətə əsaslanan həllərüçün özəl investisiyaların maliyyələşdirilməsini yaratmaq məqsədiləəməkdaşlıq edirik.

Bu məqsədlər üçün Almaniyanın Ətraf Mühit Nazirliyi 8 milyonavro ayıracaq. Bu, təbiəti mühafizə prinsiplərinə uyğuninvestisiyaları stimullaşdırmağa imkan verəcək. Milli səviyyədə biziqlim siyasətini və təbiətin mühafizəsini təbiətə əsaslanan həllyolları vasitəsilə iqlim və biomüxtəliflik üçün vahid fəaliyyətplanında birləşdiririk.

Əsas məqsəd Almaniyanın deqradasiyaya uğramış ekosistemlərininsağlamlığını, dayanıqlılığını və biomüxtəlifliyini bərpa etməkdir",– deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr