AZ

Türkiyənin balıqçılıq siyasəti bir daha mükafata layiq görüldü

Türkiyənin balıqçılıq siyasəti bir daha Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mükafata layiq görüldü. 

Təşkilat daxilindəki Aralıq dənizi Beynəlxalq Balıqçılıq Komissiyası Türkiyəni nümunəvi balıqçılıq performansına görə 4-cü dəfə "Tam Harmoniya Mükafatı"na layiq görüb.

Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı 21 Noyabr Beynəlxalq Balıqçılıq Günü münasibətilə yaydığı mesajda Türkiyənin milli qaydaların beynəlxalq standartlara uyğunluğu və məlumatların təqdim edilməsi baxımından nümunəvi bir performans nümayiş etdirdiyini bildirib.

Nazir deyib ki, Aralıq dənizi və Qara dənizdə balıqçılıq və akvakultura fəaliyyətlərində davamlı üsullar tətbiq edərək qoruyucu bir yanaşma nümayiş etdirən Türkiyə 4 il ardıcıl olaraq tam uyğunluq mükafatına layiq görüldü.

Balıqçılıq sənayesini dəstəkləməyə davam edəcəklərini vurğulayan nazir Türkiyənin regional əməkdaşlıq və davamlı balıqçılıq idarəçiliyindəki qətiyyətinin davam edəcəyini vurğulayıb.

İbrahim Yumaklı balıqçılıq sənayesində istehsalını davam etdirən bütün balıqçıları Beynəlxalq Balıqçılıq Günü münasibətilə təbrik dib.



Seçilən
10
1
trt.net.tr

2Mənbələr