Apple-ın 2025-ci ildə təqdim etməyə hazırlaşdığı iPhone 17 seriyası ilə bağlı konkret inkişaflar davam edir. Bu günə qədər yayılan hesabatlarda markanın satışlarından kifayətlənmədiyi üçün Plus-ı incəliyi ilə seçiləcək Slim/Air modeli ilə əvəz edəcəyi bildirilir. Ən son inkişaflar iPhone 17 Slim-in necə görünəcəyi ilə bağlı vacib detalları ortaya qoyur.
News24.az AppleTrack tərəfindən paylaşılan məlumata istinadən xəbər verir ki, iPhone 17 Slim modeli ikili kamera quruluşu ilə gələcək. Bununla belə, bu kamera adasının tərtibatı digər modellərdən kifayət qədər fərqli olacaq. Üfüqi və mərkəzləşdirilmiş bir dizaynın bizi burada qarşılayacağını söyləmək mümkündür. Hətta deyə bilərik ki, bu, Nothing Phone 2a-nın arxa panelini ağla gətirir.
iPhone 17 Slim-in fərqli dizaynına baxmayaraq, seriyanın digər modellərində hələlik hər hansı dəyişiklik etmək mümkün deyil. Bu son sızıntı ilə seriala qatılacaq yeni modelin tək kamera ilə gələcəyi iddialarının böyük ölçüdə əsassız olduğu ifadə edilir.
Əvvəlki məlumatlarda iPhone 17 Slim telefonunun qalınlığının 6 mm olacağı iddia edilirdi. Bu söz-söhbət reallığı əks etdirərsə, smartfon tarixə ən nazik iPhone modeli kimi düşəcək. Məlum olduğu kimi, markanın hazırda ən nazik telefonu 6,9 mm qalınlığında olan iPhone 6-dır.
iPhone 17 Slim-in texniki xüsusiyyətləri ilə bağlı hələlik heç bir təfərrüat yoxdur. Ancaq, onun 6,6 düymlük ekrana sahib olacağı və Apple A19 prosessoru ilə təchiz ediləcəyi bildirilir. Bununla belə, onun qiymətinin 1299-1499 dollar aralığında olacağı gözlənilir.
Sizcə, iPhone 17 Slim gözləntiləri qarşılayacaqmı?
Günel Məlikzadə