AZ

Putin nüvə düyməsinə basacaq? – Sərdar Cəlaloğlunun təhlili

Rusiya prezidenti Vladimir Putin yenidən nüvə təhdidi ilə dünyanın diqqətini çəkib. O, ABŞ-da növbəti prezidentin andiçmə mərasiminə qədər ballistik raket sınaqları keçirmək ehtimalını gündəmə gətirərək, beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub. Bir sözlə dünyanın əsas gücləri arasında gərginlik artır.

Bununla bağlı Sitat.info-ya danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edir ki, ümumiyyətlə Rusiyanın bir çox addımları, xüsusi ilə Ukraynaya hücumları dünyaya meydan oxumaqdır: “Rusiya Ukraynanın bütün ərazisini ballistik raketlərlə vurur və istəyir ki, cavabsız müharibədə qalib kimi çıxsın. Dünyaya özünü güclü dövlət kimi göstərsin. Sən özündən qat-qat gücsüz dövlətlə müharibə aparırsan və bu zaman başqa dövlətlərdən yardım alırsansa, alırsansa Şimali Koreyadan hətta canlı güvvə alırsansa, eləcə də ballistik raketlərdən istifadə edirsənsə, əks tərəfdən bu cürə addımlar atmaq hüququnu tanımalısan. Ancaq Rusiya istəyir ki, Ukrayna müqavimət göstərməsin, mən gedim onu məhv edim və dünya görsün ki, Rusiya necə güclü bir dövlətdir”.

S.Cəlaloğlu vurğulayıb ki, Putin nüvə silahından istifadə edə bilməz: “Nüvə silahı oyun,oyuncaq deyil. Putinin səlahiyyəti olsa belə nüvə silahını istifadə edə bilməz. Çünki nüvə silahının yayılma təhlükəsi var. Misal üçün Ukraynaya nüvə hücumu olacağı təqdirdə Avropanın bütün ölkələri nüvə çirklənməsinə məruz qalacaq.Ona görə də belə addım atılacağı təqdirdə Avropa da öz əlində olan nüvə silahlarından istifadə edəcək. Onda da belə çıxır ki, Putinin məqsədi Rusiyanı məhv etməkdir.Mən düşünmürəm ki, nüvə silahından istifadə olunacaq. Rusiya hansı silahdan istifadə etsə, ona qarşı da eyni silahlardan istifadə olunma haqqı var”.

Aytac,

Sitat.info

Seçilən
12
46
sitat.info

10Mənbələr