AZ

MUXTAR BABAYEVƏ MÜRACİƏT: "Zaqatala və Qax meşələri sanki YAĞI ƏLİNDƏDİR" - VİDEO/FOTO

"2500-dən çox ağac kəsilib. Bunlara "dur" deyən olmasa, Zaqatala və Qax yaşıllığı tamamilə məhv olub gedəcək".

Paytaxt.org bildirir ki, Zaqatala və Qaxda yaşayan adlarının çəkilməyini istəməyən bir qrup təbiətsevər gənclər meşə zolağındakı ağacların kəsildiyi ilə bağlı saytın elektron ünvanına müraciət ünvanlayıb.

Ekologiya və Təbbi Sərvətlər naziri Muxtar Babayevdən kömək istəyən gənc təbiətsevərlər bildirib:

"Zaqatala və Qax rayon ərazisinin yüz min hektardan çoxu meşə zolaqlarıdır. Meşədə qiymətli ağac növləri, o cümlədən şabalıd, qoz, Eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, qarağac və sair ağac növləri var. Bu ağaclar ayrı-ayrı adamların maddi marağı ucbatından kəsilərək məhv edilir. Qiymətli yaş ağaclar kəsilərək, ya odun olaqraq satılır, ya da rayon ərazisində fəaliyyət göstərən mebel sexlərinə yük maşınları ilə daşınır. ETSN-nin Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi və Regional Meşə Təsərrüfatı Mərkəzi görünür hələ də öz işinin öhdəsindən gələ bilmir. Nə bilmək olar, bəlkə də, meşələrə təyin etdikləri nümayəndələri (meşəbəyləri) ilə birgə "hərəkət" edirlər.

Cənab nazir, sizdən xahişimiz budur ki, səsimizi eşidib, rayonumuzda meşə talanına şərait yaradanların ən ağır şəkildə cəzalanmasına göstəriş verəsiniz!". 

"Hörmətli media mənsublarından da xahiş edirik ki, göndərdiyimiz videosujetin işıqlandırılıb, yayılmasında biz təbiətsevər gənclərə dəstək olsunlar!".

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

[media=https://www.youtube.com/shorts/G01gk4KjX0E]









Seçilən
9
paytaxt.org

1Mənbələr