Bunu açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

COP29-un öz işini uğurla davam etdirdiyini söyləyən deputat bildirib ki, Azərbaycan qlobal əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizədə fəal aktorlardan biri olduğunu bir daha təsdiqləyib:

Onun sözlərinə görə, aparılan müzakirələr, əldə olunan razılaşmalar və qəbul edilən qərarlar onu deməyə əsas verir ki, Bakı platforması öz işini peşəkarlıqla qurub və konfrans iştrakçılarını heyrətləndirə bilib. Beləliklə, Azərbaycan dövləti Beynəlxalq səviyyədə gücünü, potensialını və imkanlarını bir daha nümayiş etdirib.

G.Ağamalı qeyd edib ki, İqlim dəyişikliyi üzrə konfransın Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir: “Konfrans Azərbaycanın iqlim siyasətini müasirləşdirmək və daha təsirli vəziyyətə gətirmək üçün plotforma təqdim edir. Bu, ölkənin qlobal iqlim siyasətinə uyğun qərarlar qəbul etməsinə zəmin yaradacaqdır. COP29 Azərbaycanın enerji sektorunun diverfikasiyasını stimullaşdırmaqla yaşıl enerji və dayanıqlı inkişaf sahələrinə investisiyaların cəlbinə imkan yaradır. Konfransa ev sahibliyi ölkəmizin beynəlxalq səviyyəli mütəxəssislərlə və digər ölkələrlə əməkdaşlıq imkanlarını artırır. Bu, öz növbəsində yüksək texnologiyalar və bilik mübadiləsində əməkdaşlığın genişləndirilməsi deməkdir. COP29 yüksək iqlim risklərinə qarşı davamlı layihələrin təşviqinə və həyata keçirilməsinə, kənd təsərrüfatı, su təminatı və digər sahələrdə daha dayanıqlı yanaşmaların tətbiqinə şərait yaradır. Bütün bu qeyd olunan perspektivlər Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə strategiyasını gücləndirərək, ölkənin uzunmüddətli dayanıqlı inkişafına töhfə verəcəkdir”.

 

Azərbaycanın qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını dəfələrlə nümayiş etdirdiyini vurğulayan deputat diqqətə çatdırıb ki, COP29 ölkəmizin ev sahibliyi etdiyi növbəti beynəlxalq əhəmiyyətli tədbirdir:

“Qeyd etdiyimiz kimi, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə fəal aktorlardan biri olduğunu bir daha nümayiş etdirdi və Bakı platforması artıq öz müsbət təsirlərini göstərməkdədir. COP29 Azərbaycanın növbəti uğurudur və Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha artıracaq. Məhz bu reallıqdan narahat olan anti-Azərbaycan qüvvələri ölkəmizin uğurlarına qısqanclıqla yanaşır, onu gözdən salmağa çalışırlar. Elə bu səbəbdən də Fransa və ABŞ tərəfindən Azərbaycana qarşı ikili standartların növbəti dalğası həyata keçirilir. Təbii ki, mövcud proseslərin ardında erməni lobbi təşkilatlarının fəaliyyəti danılmazdır. Onlar qeyd etdiyim ölkələrin hakimiyyət və nüfuzlu dövlət xadimlərini müəyyən qrantlar qarşılığında ələ alır və onlardan Azərbaycan əleyhinə fikirlər səsləndirmək tələb olunur. Lakin bütün qarayaxma kampaniyalarına rəğmən COP29 peşəkarlıqla işini davam etdirir, konfransa qatılan qonaqların yüksək fikirləri tədbir ətrafında formalaşdırılan neqativ rəyləri kölgədə qoyur”.