AZ

Bakıya gələcək futbolçu milliləşdirilir

Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”ın qonağı olacaq “Lion”un aparıcı futbolçusu Rayan Şerki həm klub, həm milli karyerası ilə bağlı seçim qarşısındadır.

İdman.biz xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin mililəşdirilməsində İtaliya Futbol Federasiyası maraqlıdır.

Baş məşqçi Luçano Spalletti Fransa və Əlcəzair pasportuna malik Rayanı komandasında görmək istəyir. İtaliya əsilli Şerki Fransanın gənclər yığmasında oynasa da, əsas millidə şans qazanmayıb. Bu üzdən təkcə İtaliya deyil, Əlcəzair də onu ələ keçirmək üçün mübarizə aparır.

“Lion”dakı oyunu Şerkinin Premyer Liqa yolunu da aça bilər. O, “Liverpul”un transfer siyahısındadır. İngiltərə klubu keçidlə bağlı danışıqlara da başlayıb.

Qeyd edək ki, Şerkili “Lion” noyabrın 28-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr