AZ

Riskli vergi ödəyiciləri siyahısına daxil edilmə və siyahıdan çıxarılma qaydası təsdiqləndi

Bakı. Trend:

“Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin risklivergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdançıxarılması Qaydası və şərtləri” təsdiq edilib.

Trend xəbər verir ki, bubarədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, bu sənədddə nəzərdə tutulan meyarlardan ən azıbirinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiqəməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-fakturaüzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı(elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günüərzində aparılmış əməliyyatın riskli olması barədəbildiriş-xəbərdarlıq göndərilir.

Bildiriş-xəbərdarlıq elektron üsulla həmin şəxslərin elektronkabinetinə göndərilir. Bildiriş-xəbərdarlıqda əməliyyatların risklihesab edilməsinə əsas yaradan halların aradan qaldırılması,əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğvedilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edənməlumat və sənədlərin təqdim edilməsi tələb olunur.

Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günüərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda,əməliyyat üzrə təqdim edilmiş elektron qaiməfaktura ləğvedilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatınhəqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdəDövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergiödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günüərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinəgöndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həminqərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdənqüvvəyə minir.

Bu Sənədə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiqişlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərliolmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərininsiyahısına daxil edilməsi bu Sənədlə müəyyən edilmiş müddətdə vergiorqanı tərəfindən “İnzibati icraat haqqında” AzərbaycanRespublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmişmütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyiəsasında həyata keçirilir.

Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elanedilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin risklivergi ödəyiciləri siyahısından çıxarılması bu Sənəddə nəzərdətutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektronqaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergiödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsasyaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatınhəqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir.

Digər dövlət orqanından (qurumundan) daxil olan məlumata və yavergi nəzarəti tədbirinin nəticəsinə əsasən riskli vergi ödəyicisielan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisininriskli vergi ödəyiciləri siyahısından çıxarılması vergi orqanınıntəşəbbüsü ilə həyata keçirilə bilər.

Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisisiyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatınhəqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmişxronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında,habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar,əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının(qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları iləəməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığıaşkar edildikdə;

aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisitərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdətutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.

Bu Sənəd nəzərə alınmaqla, bu Sənəddə nəzərdə tutulan ərizədaxil olduğu tarixdən etibarən 20 iş günü müddətində vergi orqanıtərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisisiyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərarqəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisininelektron kabinetinə göndərilir.

Bu Sənədlə müəyyən edilmiş şərtə əməl edildikdə bu Sənəddənəzərdə tutulan ərizənin daxil olduğu tarixdən 3 (üç) iş günümüddətində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergiödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilir və 1(bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinəgöndərilir.

Bu Sənəddə göstərilən tələblərə tam və ya qismən əməl edilməməsiaparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicisisiyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçünəsasdır.

Bu Sənəddə nəzərdə tutulmuş hallarda vergi ödəyicisindənsənədlərin və məlumatların tələb edilməsi Vergi Məcəlləsinin24.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həyata keçirilir.

Vergi ödəyicisi vergi orqanı tərəfindən bu Sənədə uyğun olaraqqəbul edilmiş qərarlardan inzibati qaydada və məhkəməyə şikayətverə bilər.

Seçilən
10
11
az.trend.az

10Mənbələr