AZ

"Ermənistan nə qədər silahlansa da, Azərbaycanla rəqabət apara bilməz" - Politoloq

Ermənistan Hindistandan yenidən silah almaq niyyətindədir. Belə ki, Ermənistan 78 ədəd ATAGS artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Sülh müqaviləsi üzrə danışıqların aparıldığı vaxtda bu cür hadisələrin baş verməsi, bir çox suallara səbəb olur.

Bu sursatların alınmasında məqsəd nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan  politoloq Kazım Kazımov bildirdi ki, Ermənistan Sovet İttifaqının son illərdəki siyasətini həyata keçirir.

"Ermənistan bir tərəfdən sülhdən danışa kimi, o bir tərəfdən sürətli bir şəkildə silahlanmaya davam edir. O vaxtlar Sovet İttifaqının da vəziyyəti çox ağır idi. Ancaq buna rəğmən silahlanma yarışına girmişdi. Ermənistan da eyni şeyi edir. Onlarda iqtisadi tənəzzüldür və Ermənistanda insanlar artıq siyasətdən əlini üzüblər. Çünki son seçkilərdə ciddi şəkildə insanların siyasətə və seçkilərlə maraqlanmadığını gördük. Ermənistan ordusu Azərbaycan qarşısında məğlub olub və ölkənin insan resursu tükənir. Ermənistan bu gün əhalisi dayanmadan azalan bir ölkəyə çeviilib".

Lobbi

Politoloqun sözlərinə görə, bu silahlanma yarışı Ermənistana heç bir üstünlük qazandırmayacaq.

"Buna rəğmən, Ermənistan hakimiyyəti yeni havadarlarının sayını artırmaq üçün köhnə müttəfiqlərinin şərtlərini yerinə yetirmir və bunu göstərmək üçün silahlanmaya davam edir. Bu da təhlükəli bir ölkə olduğunu, hələ də onların revanşist hisslər daşıdığını göstərir. Lakin açıq demək lazımdır ki, bu silahlanma yarışı Ermənistana heç nə vəd etməyəcək. Əlbəttə ki, təhlükə olaraq qalırlar. Lakin Azərbaycan ordusu da ayıq sayıqlığı əldən vermir. 2025-ci il dövlət büdcəsinə baxdığımızda da bizim də müdafiə xərclərimiz artırılıb. Bu da onu göstərir ki, Ermənistan əsla və əsla Azərbaycanla bu məsələlərdə bir daha rəqabət apara bilməyəcək".

Türkan İSGƏNDƏRLİ

Seçilən
17
redaktor.az

1Mənbələr