AZ

Kobaxidze Baş nazir vəzifəsində qalacaqmı?

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın hakim "Gürcü arzusu — Demokratik Gürcüstan" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili yenidən qurulan hökumətdə Baş nazir postuna indiki hökumət başçısı İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. 

Bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze "Gürcü arzusu" partiyasının siyasi şurasının iclasından sonra məlumat verib. O, Kobaxidzenin namizədliyinin siyasi şura tərəfindən tam dəstəkləndiyini söyləyib.

Mdinaradze parlament sepikeri postuna qanunverici orqanın indiki sədri Şalva Papuaşvilinin namizədliyinin irəli sürüləcəyini deyib.

Hürr Tərcüman

 

Seçilən
6
hurriyyet.az

1Mənbələr