Bakı. Trend:
Beynəlxalq ictimaiyyət olaraq, nəhayət, Parisdə müəyyən edilmiş1,5 dərəcə hədəfinə çatmaq üçün əlimizdən gələni etməliyik.
Trend xəbər verir ki, bunuAlmaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında bildirib.
"İqlim böhranı dövrümüzün ən böyük təhlükəsizlik çağırışıdır vəo, milli sərhədlərlə məhdudlaşmır, hətta ən güclü hərbibirləşmələri belə nəzərə almır. O, nə geosiyasi gərginliklərə, nədə seçkilərin tarixlərinə əhəmiyyət verir", – deyə o qeyd edib.
"Geosiyasi münaqişələrdən fərqli olaraq, harada ki, sülhünbərpası hökumətlərin və cəmiyyətlərin əlindədir, iqlim böhranınınsona çatdırılması bizim əlimizdə deyil.
Əgər beynəlxalq ictimaiyyət olaraq sıx əməkdaşlıq etsək, ənyaxşı halda iqlim böhranını nəzarət altına ala bilərik. Məhz bunagörə hər il iqlim konfranslarına qatılırıq. Çünki hər 0,1 dərəcəbelə böyük əhəmiyyət kəsb edir. Beynəlxalq ictimaiyyət olaraq,nəhayət, Parisdə müəyyən edilmiş 1,5 dərəcə hədəfinə çatmaq üçünəlimizdən gələni etməliyik", – deyə Annalena Berbok vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.