Hurriyyet.az xəbər verir ki, Rusiya müharibə dövründə ilk dəfə Ukraynaya qitələrarası ballistik raket zərbəsi endirib.
Bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir: "2024-cü il noyabrın 21-də yerli vaxtla 05.00 ilə 07.00 radələrində Rusiya qüvvələri Dnepr şəhərinə müxtəlif tipli raketlərlə hücum edib. Rusiya Federasiyasının Həştərxan vilayətindən qitələrarası ballistik raket atılıb. Tambov vilayətindəki MiQ-31K qırıcısından "Kinjal" Х-47М2 aeroballistik raketi, Ту-95МС strateji bombardmançılarından isə 7 ədəd Х-101 qanadlı raketi atılıb. Altı ədəd X-101 raketi Hərbi Hava Qüvvələrinin zenit raket bölmələri tərəfindən dəf edilib. Digər raketlər güclü fəsad verməyiblər". Ölən və ya yaralananlar barəsində məlumat olmadığı bildirilir.
Hürr Tərcüman