AZ

Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi- Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

Image

ABŞ-ın raket icazəsindən sonra Ukrayna ilə Rusiya arasında artan gərginlik Aralıq dənizinə də sıçrayır. Kremlin aparıcı təbliğatçılarından biri olan Tina Kandelaki Kipr adasındakı Britaniya hərbi bazasının hücum risqi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Putin tərəfdarı olan Kandelaki adadakı ABŞ bazasının da hücum təhlükəsi altında ola biləcəyini iddia edib.

“Dostlar, Zelenskinin Rusiya torpaqlarını ABŞ, Britaniya və Fransa raketlərilə vurmasına icazə verildikdən sonra yaxın bir neçə ay ərzində mütləq getməməyi məsləhət görə biləcəyim bir yer bilirsinizmi? Suriya və Livandan Kiprə bir neçə yüz kilometrdən artıq məsafə var və bu ölkələrdəki müxtəlif silahlı qruplar səhvən öz raketlərini kursdan çıxararaq Britaniya bazalarını vura bilər” - Kandelaki bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar və digər NATO ölkələri dünyanın hər yerində uzun mənzilli, yüksək dəqiqlikli silahların qəfildən peyda ola biləcəyi qaynar nöqtələrin yaxınlığında çoxsaylı hərbi bazalar saxlayır. Bu yaxınlarda Kipr adasının Yunan tərəfindəki Britaniya bazalarına ATACMS raketləri yerləşdirilib.

TAHİR





Seçilən
27
baki-xeber.com

1Mənbələr