AZ

Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin vəAzərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanındaMonitorinq Mərkəzinin ləğv edilməsi haqqında sərəncamimzalayıb.

Trend xəbər verir ki,sərəncama əsasən, “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqişəxs ləğv edilir.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət DilKomissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğvedilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməli; buSərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin tərcümə vədövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlətorqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki aymüddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinətəqdim etməli; bu Sərəncam nəzərə alınmaqla, normativ hüquqiaktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki aymüddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinətəqdim etməli; bu Sərəncamda nəzərdə tutulan publik hüquqişəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlətəmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıbAzərbaycan Respublikasının Prezidentinə təqdim etməli; buSərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Seçilən
2
49
az.trend.az

10Mənbələr