AZ

Rza Pəhləvinin Trampa təbriki... - İranda molla rejimi monarxik rejimlə əvəzlənə bilər?

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ prezident seçkilərində qalib gələn Donald Trampı təbrik edib...

Politoloq: “Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin müraciəti siyasi gediş xarakteri daşıyır”.

“Məhz Trampın İsraillə əlaqələrinin yaxın olması da, Məhəmməd Rza üçün İrana qarşı yenidən sərt sanksiyaların başlanması siqnalıdır. Çünki əgər belə plan olsa, o hansısa şəkildə İran prezidentliyinə öz namizədliyini irəli sürə bilər”.

Bu sözləri politoloq Turab Rzayev sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin Trampı təbrik etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ prezident seçkilərində qalib gələn Donald Trampı təbrik edib. O, Trampın əvvəlki prezidentlik dönəmində Yaxın Şərqi və Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durduğunu bildirib. O da məlumdur ki, İranln mühacirətdə olan monarx sülaləsi təkcə Pəhləvilər deyil, həmçinin türk əsilli Qacarlar da var.

İranda molla rejiminin monarxik rejimlə əvəzlənməsinə ehtimal vermək olar və bu durumda Qacarların hakimiyyətinin bərpa olunması şansları varmı?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı politoloq Turab Rzayev ilə müzakirə edib.

Turab Rzayev: “Hətta, İranda dəyişikliklər olsa belə, İran cəmiyyətinin monarx ailəsini qəbul etməsini düşünmürəm”.

Pəhləvilərin İran cəmiyyətində daha çox korrupsiya, rüşvət ilə anıldığını vurğulayan politoloq Pəhləvilərin hər hansısa şansının olmadığını düşünür:

“Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin müraciəti siyasi gediş xarakteri daşıyır. O bir tərəfdən özün yada salır və öz ambisiyalarını təkrarlamaq istəyir. Çünki onların hələ də ümidi var ki, ABŞ İrana müdaxilə edərsə, İrana yenidən hakimiyyətə Pəhləvi ailəsi gətirilə bilər.

Eyni zamanda, Rza Pəhləvi özünü siyasi fiqur hesab edir. Buna görə də, ABŞ prezidentinin təbrik etməyə çalışır. Həmçinin ABŞ-ın İrana münasibəti bəllidir. ABŞ İrana qarşı çox sərt siyasi xətt götürüb. Xüsusilə də, İsrailin mövqeyi ilə Trampın mövqeyi üst-üstə düşür. Xatırladım ki, Məhəmməd Rza İsrailə səfər etmişdi. Məhz Trampın İsraillə əlaqələrinin yaxın olması da, Məhəmməd Rza üçün İrana qarşı yenidən sərt sanksiyaların başlanması siqnalıdır. Çünki əgər belə plan olsa, o hansısa şəkildə İran prezidentliyinə öz namizədliyini irəli sürə bilər.

Turab Rzayev: “İranda monarxiyanın bərpa olunacağını və şah ailəsinin şansları sıfıra bərabər görürəm”.

Ancaq, hətta, İranda dəyişikliklər olsa belə, İran cəmiyyətinin monarx ailəsini qəbul etməsini düşünmürəm. Çünki İranda monarx tərəfdarları o qədər də çox deyil. Buna görə, mən İranda monarxiyanın bərpa olunacağını və şah ailəsinin şansları sıfıra bərabər görürəm.

Xüsusilə, Pəhləvilərin reputasiyası çox aşağıdır. Çünki onlar İran cəmiyyətində daha çox korrupsiya, rüşvət ilə anılır. Buna görə, düşünmürəm ki, Pəhləvilərin hər hansısa şansı olar”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr