AZ

Dünya gələcəyimiz olan uşaqları sosial şəbəkələrdə itirir: Məhdudiyyətlər tədbiq edilsin!

Avstraliya hakimiyyəti sosial şəbəkə istifadəçilərinin yaşını məhdudlaşdıran, 16 yaşdan kiçik şəxslərin bu şəbəkələrə girişini qadağan edən qanun qəbul edib
Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Entoni Albaneze müvafiq bəyanatla çıxış edib.
Hökumət başçısı qeyd edib ki, Avstraliya sosial media istifadəçiləri üçün minimum yaş həddini 16 yaş müəyyən edən qanun qəbul edib.
“Qanun hazırkı onlayn təhlükəsizlik qanunvericiliyinə dəyişikliklər edir ki, bu da gənc avstraliyalıların inkişafının kritik mərhələlərində onların daha etibarlı müdafiəsini təmin edəcək”, - Baş nazir bildirib.
Albaneze həmçinin qeyd edib ki, Avstraliya hakimiyyəti texnologiya şirkətləri və sosial şəbəkə administrasiyalarından 16 yaşdan kiçik istifadəçilərin hesab və səhifə yaratmasının qarşısını almaq üçün ağlabatan tədbirlər görmələrini tələb edəcək.
“Hökumət yeni qanunu pozduğuna görə sərt cəzalar tətbiq edəcək və rəqəmsal platformalar 49,5 milyon Avstraliya dollarına qədər (32 milyon dollardan çox) cərimə ilə üzləşəcək”, - o qeyd edib.
Yeni qaydalar “Snapchat”, “TikTok”, “Instagram” və “X” sosial şəbəkələrini əhatə edəcək. Bununla belə, “Google Classroom” və “YouTube”, həmçinin, mesajlaşma vasitələri və onlayn oyunlar uşaqlar üçün əlçatan olacaq.                            Maraqlıdır, Azərbaycanda belə bir qanun qəbul edilsəydi, mənzərə necə olardı?                           

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, Avstraliya parlamenti çox möhtəşəm qanun layihəsi qəbul etməklə dünyaya nümunə olacaq bir addım atıb:  

"Uşaqların sosial mediadan asılı bir vəziyyətə  düşdüyü müasir dövrdə belə bir qanun layihəsinin hazırlanması və müzakirə edilməsi günün ən vacib məsələsidir. Çünki artıq dünya gələcəyimiz olan uşaqları sosial şəbəkələrdə itirir. Bu şəbəkələr onların tərbiyəsinə, əxlaqına, inkişafına, gələcəyinə böyük zərbələr vurur. Bu, həyacan təbilinin çalınması vacib olan  nüansdır və tək Avstraliya yox, bütün dünya ayağa qalxmalı, gələcəyimizi xilas etməlidir.
Fikirləşəndə ki, uşaqlar 24 saatın çox hissəsini sosial şəbəkə və mediada keçirir, onların nə sağlamlığından, nə də şüurlu inkişafından söhbət gedə bilər. Dəfələrlə sosial şəbəkələrdə uşaqların aldadılması, yoldan çıxarılması, onların bədənlərindən istifadə halları ilə qarşılaşırıq. Bütün bunların qarşısının alınması üçün ən uyğun yol yaş məhdudyyətinin tətbiq edilməsi olar.
Düşünürəm ki, öz milli dəyərlərinə, əxlaq kodeksinə sadiq olan ölkəmizdə də bu qərar dəstəklənəcək və yaxın gələcəkdə sözügedən istiqamətdə müəyyən addımlar atılacaq.
Bəli, cərimə tətbiqi bu sahədə ciddi dönüş yarada bilər. Belə olan halda valideyn də, digər məsul şəxslər də uşaqları sosial mediadan müvafiq yaş həddinə kimi qorumalı olacaq. Bu da təbii ki, öz müsbət təsirini göstərəcək.
Seçilən
21
sherg.az

1Mənbələr