Aqrar Sığorta Fondu 441 ədəd avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması ilə bağlı açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini noyabrın 29-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 29-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.