AZ

Bu şəxslərə yüksək vəzifə verildi – FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında kadr dəyişiklikləri aparılıb.

Ulusal.az xəbər verir ki, Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorunun müdiri Kənan Axundov vəzifəsindən azad edilib. O, Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

Kənan Axundov

Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri Kəmalə Mustafa qızı Əzimova vəzifəsindən azad edilib. O da Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

Kəmalə Əzimova

Milli Məclis sədri müavininin köməkçisi Emin Vaqif oğlu Abdullayev da vəzifəsindən azad edilib.

Emin Abdullayev

Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə Şahin Xanbaba oğlu Quliyev təyin edilib. O, bundan əvvəl Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Şahin Quliyev

Həmin şöbənin müdir müavini vəzifəsinə Nadir Rafiq oğlu Sultanov təyin edilib.

Nadir Sultanov

Nadir Sultanov bu vəzifəsindən əvvəl İqtisadi qanunvercilik şöbəsinin Mülki hüquq qanunvercilik qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.(qaynarinfo.az)

Seçilən
15
24
moderator.az

10Mənbələr