AZ

Ulduz futbolçu klub aldı

İspaniya millisinin sabiq futbolçusu Xuan Mata klub sahibi olub.

Msport.az xəbər verir ki, hazırda Avstraliyanın “Uestern Sidney Uonderers” komandasında çıxış edən 36 yaşlı yarımmüdafiəçi ABŞ-ın “San Dieqo” klubunun şərikli sahiblərindən birinə çevrilib.

Bu barədə MLS təmsilçisi rəsmi sayt vasitəsilə məlumat yayıb. Bildirilib ki, Mata səhmlərin bir hissəsini alıb. Maraqlıdı ki, o, MLS-də klub sahibliyi edən ilk aktiv futbolçudu.

Qeyd edək ki, Xuan Mata 2009-2016-ci illərdə İspaniya millisində oynayıb. O, klub karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray” və “Vissel Kobe”nin formasını geyinib.

Seçilən
6
msport.az

1Mənbələr