AZ

Türkiyə XİN İsrailin Beyt Lahya bölgəsinə endirdiyi hücumla bağlı bəyanat yaydı

Türkiyə İsrailin Qəzzanın Beyt Lahya bölgəsindəki xəstəxanaya endirdiyi hava hücumu nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla onlarla fələstinlinin qətlə yetirilməsini şiddətlə pisləyib.

Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hücumlarını pisləyən  bəyanat yayıb. Bəyanatda bu ifadələrə yer verilib: "İsrailin Qəzzanın şimalındakı Beyt Lahya bölgəsindəki bir xəstəxanaya endirdiyi hava zərbələri nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla onlarla fələstinlini qətlə yetirməsini şiddətlə qınayırıq."

Bəyanatda davam edən hücumların İsrailə qarşı sanksiyaların və xüsusilə də silah embarqosunun tətbiq edilməsinin zəruriliyini göstərdiyi vurğulanıb. İsrail hökumətinə dəstək verənlərin bu cinayətlərə şərik olduğu bir daha qeyd edilib.

İsrailin Qəzza zolağının şimalındakı Beyt Lahya bölgəsindəki Kemal Advan xəstəxanası ətrafında həyata keçirdiyi iki ayrı hücumda 88 nəfər ölüb, 100-dən çox adam yaralanıb.



Seçilən
9
trt.net.tr

1Mənbələr