AZ

Putin seçim qarşısında: Ya son silahına əl atacaq, ya da...

Rusiyanın yeni doktrinasının tətbiqi nüvə müharibəsinə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Kremlin yeni nüvə doktrinasına görə, Rusiya ərazisinə istənilən hücuma qarşı nüvə silahından istifadə edilə bilər. Yəni Rusiyanın Ukraynanın ABŞ raketləri ilə zərbələrinə cavab olaraq, nüvə başlıqlı raketlərdən istifadəsi mümkündür. Yeni doktrinanı qəbul etmək asandır, ancaq onu reallaşdırmaq çətindir, bu halda təkcə Ukrayna yox, ona raketlər verən ölkələrə qarşı da nüvə silahlarından istifadə etməlisən. Bu isə nüvə müharibəsinin başlanması demək olardı. Çünki hədəf seçilə biləcək ölkələrin də nüvə silahları var, onlar da səni vuracaqlar”, - ekspert bildirib.

Elxan Şahinoğlunun fikrincə, bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin çətin seçim qarşısındadır:

“Rusiya lideri ya yeni doktrinaya uyğun hərəkət etməli, ya da ölkəsinin ərazisinin ABŞ, Böyük Britaniya və digərlərinin raketləriylə vurulmasını seyr etməkdə davam etməlidir. Birinci addımı dünyanı fəlakətə sürükləyirsə, Putinin ikinci seçimi onun imicinə mənfi təsir edəcək. Kreml sahibi ikisindən birini seçməli, ya da vasitəçilərin Kiyevlə danışıqlar şərtini qəbul etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
84
46
teleqraf.com

10Mənbələr