Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət və cəmiyyət quruculuğu sahəsində mühim addımlar atılmışdır. Bu, yalnız ölkənin beynəlxalq aləmdəki mövqeyini gücləndirmək deyil, həm də daxili inkişafın əsasını qoymaq məqsədi daşıyırdı. Azərbaycan, bu sahələrdə əldə etdiyi təcrübə ilə sürətlə inkişaf edən və dünya miqyasında hörmət qazanan bir dövlət olaraq tanınır.
Bu inkişafın başlıca səbəblərindən biri, təhsil sahəsində həyata keçirilən islahatlardır. Təhsilin inkişafı və modernləşdirilməsi, yalnız cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəlməsini deyil, həm də Azərbaycanın beynəlxalq arenada rəqabət qabiliyyətini artırmağa xidmət edir. İslahatlar, milli və bəşəri dəyərlərə əsaslanaraq həyata keçirilir və bu da Azərbaycanın təhsil sisteminin həm regional, həm də qlobal səviyyədə tanınmasına imkan yaradır.
Təhsil islahatlarının dinamikası müasir dövrdə ölkənin intellektual potensialının inkişafını təmin edir. Bu islahatlar, elm və təhsilin inkişafına xidmət etməklə yanaşı, cəmiyyətin qarşısında duran bir çox problemlərin həllində də mühüm rol oynayır. Elm və təhsil sahəsindəki irəliləyişlər, Azərbaycanın milli intibahını təmin edən və gələcəkdə qarşılaşılacaq çətinliklərin öhdəsindən gəlmək üçün əsaslı bir əsas yaradır. Bu, dövlətin uzunmüddətli inkişafı və hərtərəfli tərəqqisi üçün vacib bir şərt olub.
Azərbaycan müstəqilliyə qədəm qoyduğu illərdən bəri öz inkişaf yolunda bir çox çətinliklərlə üzləşib, lakin bu gün regionda artıq lider dövlətə çevrilir. Bu inkişaf yolunda təhsil sahəsi də əhəmiyyətli bir yer tutur. İstənilən sahədə olduğu kimi, təhsildə də problemlər və çətinliklər mövcuddur. Təhsil, cəmiyyətin bütün sosial təbəqələri ilə əlaqəli olan, geniş əhatəli bir sosial praktikadır və mürəkkəb bir idarəetmə, fəaliyyət mexanizmi və təşkilati struktur tələb edir.
Müasir təhsilimizin inkişafı və müasir texnologiyanın tətbiqi bir çox çətinlikləri və ziddiyyətləri də özü ilə gətirir. Bu çətinliklərdən biri də, təhsil sistemində təkrarlanan repititorluq məsələsidir. Şagirdlərin kütləvi şəkildə repititor yanına getməsi məktəb təhsilinin rolunu zəiflədir və müəllimlərin əhəmiyyətini azaldır. Lakin inkişaf etmiş ölkələrdə əlavə dərs saatları yalnız o şagirdlər üçün ayrılır ki, onlar üzürlü səbəblərdən dərsdən kənar qalıblar və əlavə repititorluğa ehtiyac duyurlar.
Təəssüf ki, ölkəmizdə repititorluq məsələsi bəzi təhsil işçiləri üçün gəlir mənbəyinə çevrilib. Bu, təhsil sisteminin keyfiyyətinə mənfi təsir göstərir və təhsil müəssisələrinin rəsmi funksiyalarını zəiflədir. “Təhsil işçilərinin” özbaşına fəaliyyəti, "təhsili ölməyə qoymayan repititor müəllimlər" ifadəsini ortaya çıxarır və bu, təhsilin özünün keyfiyyətini aşağı salır. Bu vəziyyətin qarşısını almaq və təhsil sahəsindəki problemləri həll etmək üçün daha təsirli siyasət və islahatlar həyata keçirilməlidir.
Bütün bunlara baxmayaraq, Azərbaycan müasir təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atmaqdadır və ümid edirəm ki, gələcəkdə bu sahədə daha böyük uğurlar əldə ediləcək.
Son illər həyatımızın bütün sahələrində inkişafa nail olmaq üçün çox mühüm addımlar atıldı, yüksək templə inkişaf getdi. Təhsilin inkişafı ona yaradıcı münasibətdən asılıdır, təhsil müəssisəsi işini elə qurur ki, yeni təlim metodlarından ustalıqla istiadə edə bilmək imkanlarına malik olsun. Bunları da yalnız təkamül yolu ilə həyata keçirmək mümkündür. Islahatlar strategiyası bu cür gerçəkləşdirilməlidir.
Biliklərin, informasiyanın, vərdişlərin nəsildən-nəsilə ötürülməsi məqsədi daşıyan təhsilin cəmiyyətin həyatında rolu həmişə böyük olmuşdur. Təhsil çox dinamik, dəyişən və yeniləşən bir sahədir. Təhsilə yalnız milli və ya ümumbəşəri hadisə kimi yanaşmaq olmaz. Təhsilin əsas prinsipləri ilə yanaşı, konkret dövrün, ictimai situasiyanın və milli gerçəkliyin, milli düşüncə tərzinin xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır.
Bu gün yazılanlar ola bilsin ki, sabah başqa prosesin baş verməsi ilə əlaqədar öz əhəmiyyətini itirə bilsin. Keçid dövrünün problemləri hər sahədə olduğu kimi məktəbdə də var. Təhsilin başlıca ağrılı məsələsi olan məktəblərin maddi-texniki bazası əsaslı şəkildə inkişaf edir, dünənki nöqsanlar bu gün yoxdur, bu gün olan problemlər də sabah olmayacaq – hər şey təkamülə doğru dəyişməkdədir. Məktəb modern tipli dövlət müəssisələrdən ən birincisi olmalıdır. Aparılan islahatlar Azərbaycan təhsilinin inkişafına, dünya ölkələrinin təhsilinə yaxınlaşmasına, inteqrasiyasına xidmət edir.
Təhsil bəşəri təcrübədən bəhrələnməli və Azərbaycanın milli-mənəvi xüsusiyyətlərinə, mentalitetinə əsaslanmalıdır. Heç bir ölkənin təhsil sistemi Azərbaycanda mexaniki götürülə bilməz, milli və ümumbəşəri dəyərlər səmərəli nisbətdə götürülməlidir. Təhsil cəmiyyətin inkişafını şərtləndirən strateji sahədir. Cəmiyyətdəki dəyişikliklər təhsildə də dəyişiklik etmək zərurəti doğurur. Müasir cəmiyyət özünün əsas vəzifələrindən birini təhsil siyasətindəki dəyişikliklərdə görür.
Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşmasında təhsilin müstəsna əhəmiyyəti vardır. Azərbaycan təhsili özünün inkişafı, bir sıra yaddaqalan hadisələri ilə ölkə ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. Təhsilimizdə tətbiq edilən yeniliklər hər bir ölkə vətəndaşı tərəindən maraqla qarşılanır, dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemilə tanış olmaqla, təhsil sahəsində formalaşmış mütərəqqi ənənələrdən istiafdə etməklə, ölkədə bu gün təhsil üçün önəmli işlərin həyata keçirildiyini böyük sevinc hissi ilə təqdirləyir.
Azərbaycan Respublikası Konstitusiyasının müvaiq bəndinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var. Tarixin sınaqdan çıxmış təcrübəsinə nəzər salsaq, görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yəni texnoloiyalar tətbiq olunur. Hər bir tarixi cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuş, bütün dövrlərdə cəmiyyətin tələbatı təhsilin inkişaını sürətləndirmiş, elmi-texniki tərəqqi isə təsil sistemi qarşısında həlli vacib daha mürəkkəb vəzifələr qoymuşdur.
Təhsil öz səviyyə və yönümündən asılı olaraq müxtəlif məqsədə xidmət edə bilər. Hazırda təhsil imkanlarının məhdudlaşdıran ən güclü maneə yoxsulluqdur. Təhsilin, elmin dünya dövlətlərinin hamısını əhatə etməsi bəşəriyyətin xilası, dünyada sülhün, regional münaqişələrin baş verməməsi, müstəqilliklərin qorunması üçün çox vacibdir. Insan bütün ömrü boyu maariflənmək üçün yaşamalıdır. Azərbaycanda təhsil sahəsində Dövlət strategiyasının həyata keçirilməsində təhsilin müxtəlif problemlərinin, xüsusən onun məzmunu ilə bağlı məsələlərin həllinə xüsusi diqqət yetirilir. Cəmiyyətdə kamil insan, şəxsiyyət hazırlığı əmək fəaliyyətinin bütün dövrü üçün təkmilləşdirilməlidir, eimi-texniki tərəqqi şəraitində sürətlə dəyişən münasibətlər yeni yanaşma motivləri yaradır.
Təhsil sistemində təhsilin məzmununun yeniləşdirilməsi, yeni təlim-texnologiyalarının tətbiqi də mühüm innovasiya fəaliyyətlərindəndir və təhsil prosesinin təşkilində innovasiyalar daha çox kütləvi xarakter almaqdadır. Təhsilin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsində informasiya və kommunikasiya texnologiyaları güclü təsir bağışlayır. Təsildə, təlim-tərbiyə prosesində texnoloiyanın və texnoloji yanaşmanın tətbiqi sosial fəaliyyətdə yeni strateji inkişa istiqaməti olub böyük elmi və təcrübi əhəmiyyət kəsb edir.
Təhsil ictimai praktikanın bütün sosial təbəqələrlə əlaqəsi olan, geniş əhatəli bir formasıdır, idarəetmə və fəaliyyət mexanizminə, təşkilatı struktura malik mürəkkəb bir sistemdir. Təhsil elə bir sahədir ki, burada ən yüksək pillə həmişə əlçatmazdır, yəni inkişaf, tərəqqi üçün həmişə imkan və şərait var. Təhsil insanın ümumi mədəniyyətinin formalaşdırılmasına yönəldilir. Ölkəmizdə gedən islahatlar bizdən işimizdə əsaslı dönüş etməyi, yeni metodlar axtarmağı tələb edir. Islahatın uğurla aparılması üçün təbii ki, təhsilin bünövrəsi sayılan məktəbəqədər tərbiyədən başlamaq lazımdır.
Bütövlükdə təhsil müəssisələri dərin biliyə, bacarığa malik şəxsiyyət formalaşdırma, vətəni, xalqını sevən, hərtərəfli inkişaf etmiş, sağlam nəsil yetişdirməkdə əvəzsiz rol oynayır. Müstəqil dövlətimizin təhsil siyasəti müvaffəqiyyətlə həyata keçirilməkdədir. Suveren ölkəmizin təhsil sistemini dünyanın inkişaf etmiş ölkələrin təhsil sisteminə yaxınlaşdırmaq günün ən vacib və zəruri vəzifəsidir.
Gülnarə Vəlixanlı
"Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri