AZ

COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir - Böyük Britaniya nümayəndəsi

Bakı. Trend:

COP29-da Paris Sazişinin bütün əsas sahələri üzrə razılığın əldəolunması son dərəcə vacibdir.

Trend xəbər verir ki, bunuBöyük Britaniyanın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ReyçelKayts COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Bizim burada - COP29-da Paris Sazişinin bütün əsas sütunları:iqlim dəyişikliyinin azaldılması, uyğunlaşma və maliyyə üzrərazılığa gəlməyimiz çox vacibdir. Böyük Britaniya yeni KollektivKəmiyyət Məqsədinə nail olmaq üçün bütün ölkələri və Sədrliyidəstəkləməyə və onlarla işləməyə hazırdır", - o deyib.

O, 1,5°C hədəfi üçün işləri sürətləndirəcək NCQG-ninyaradılmasına ehtiyac olduğunu söyləyib.

“Yeni meyar iddialı, realist və əldə edilə bilən olmalı, dövlətmaliyyələşdirməsinə üstünlük verməlidir, lakin daha çox özəlkapitalı cəlb etmək potensialı olmalıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
4
az.trend.az

1Mənbələr