AZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəyəmçayın çirklənməsi barədə

Şəmkir rayonunda suyun səviyyəsinin ildən-ilə azaldığı Zəyəmçay məişət tullantıları ilə çirkləndirilir, yerli sakinlər bildiriblər. Çayın təmizlənməsi üçün aidiyyatı qurumlara müraciət etsələr də, tədbir görülməyib.

Çayda suyun səviyyəsinin azalması ətraf əhali üçün də problemlər yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasovun sözlərinə görə, bu problem təkcə Zəyəmçaya aid deyil, başqa çaylara da aiddir. Bir tərəfdən, çayın sululuğu təbii yolla azalır, digər tərəfdən, su götürmələri artır.

Zəyəmçay Gədəbəy və Şəmkir rayonlarından keçir və Kür çayına axır. Çay yatağı boyunca çoxlu yaşayış məntəqəsi var və buna görə çaydan çox su götürülür.

Gədəbəy rayonun ərazisində çaya kanalizasiya suyunu axıdırlar, aşağıda da əhali bundan əziyyət çəkir, bu sudan istifadə edə bilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  Turan-a bildiriblər ki, sözügedən ərazi tullantılardan təmizlənib. Şəmkir rayonu ərazisində Zəyəmçaya və ətrafına məişət tullantılarının atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmətin nümayəndəsi Xaliq Mirzəyev bildirib ki, tullantıların qalaqlandığı ərazi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında Şəmkir bələdiyyəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib”, - Xaliq Mirzəyev deyib.

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Ekologiya

Seçilən
17
turan.az

1Mənbələr